Nazirlər Kabineti “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində dəmir yolu xəttinin tikintisi altına düşən torpağı dövlət ehtiyacları üçün alan orqanın müəyyən edilməsi barədə qərar qəbul edib.
FED.az xəbər verir ki, sözügedən ərazidə dəmir yolu xəttinin tikintisi altına düşən torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan “Azərbaycan Dəmir Yolları” QSC olacaq.
Eləcə də bax: Dövlət əhalidən torpaq alacaq - ƏRAZİLƏR AÇIQLANDI – QƏRAR
“Azərbaycan Dəmir Yolları” QSC bu Qərarın 1-ci hissəsində göstərilmiş torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim etsin.
Eləcə də bax: «Bakı Metropoliteni» «Sovetski»də torpaq alacaq - QƏRAR
Bu Qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinə həvalə edilib.
Eləcə də bax: Dövlət evləri və torpaqları bu qiymətə alacaq – ƏRAZİLƏR, QİYMƏTLƏR