Nazirlər Kabineti Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi altına düşən torpaqları dövlət ehtiyacları üçün alan orqanın müəyyən edilməsi barədə qərar qəbul edib. FED.az xəbər verir ki, qərara əsasən, adı çəkiən dəmiryolunun çəkilməsi üçün bu xəttin keçəcəyi ərazi boyunca torpaq sahələri dövlət tərəfindən alınacaq.
Qeyd edək ki, Ləki-Qəbələ dəmiryolunun əkilməsi ilə bağlı prezident İlham Əliyev 2018-ci ilin 11 dekabr tarixində müvayiq sərəncam imzalayıb. Sözügedən dəmiryolu Bakı-Böyük Kəsik dəmiryolundan Ləki stansiyasında yeni xətttin ayrılaraq Qəbələyə istiqamətlənməsini nəzərdə tutur.
Dəmiryolunun çəkilməsində məqsəd, ölkənin əsas turizm mərkəzlərindən biri olan Qəbələ şəhərinə və əks istiqamətdə dəmir yolu ilə sərnişindaşımaların aktivləşdirilməsidir. Yeni dəmiryol hisəsinin uzunluğu 43 kilometrdir və bu xətt Ağdaş-Qəbələ rayonlarının ərazisindən çəkiləcək. Dövlət tərəfindən torpaqlar da bu rayonlardan alınacaq. Prezidentin adı çəkilən fərmanı ilə büdcədən «Azərbaycan Dəmir Yolları» QSC-ə 30 milyon manat ayrılıb.
Elə dəmiryolunun altına düşən torpaqların dövlət ehtiyacları üçün alan orqan da «Azərbaycan Dəmir Yolları» QSC müəyyən edilib. Qərara əsasən, «Azərbaycan Dəmir Yolları» QSC sözügedən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» qanuna uyğun olaraq həyata keçirməli və Nazirlər Kabinetinə təkliflər təqdim etməlidir.
Qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinə həvalə edilib.
Dövlət əhalidən torpaq alacaq - ƏRAZİLƏR AÇIQLANDI – QƏRAR
21:55
21 Aprel 2019