Xəbər verildiyi kimi, Mənzil İnşaatı Dövlət Agentliyi ölkə üzrə yeni güzəştli mənzillərin satışını elan edib.
FED.az xəbən verir ki, bu dəfə yeni mənzillər Hövsan, Sumqayıt, Binəqədi, eləcə də ilk dəfə olaraq ölkənin bölgələri Şirvan, Lənkəran və Yevlax yaşayış komplekslərində satışa çıxarılıb.
Təcili: Azərbaycanda aylıq 176 manat ödənişlə mənzillər – satışa çıxarıldı – SİYAHI, ÜNVANLAR
Binəqədidə ucuz mənzillər satışa çıxarıldı – AYLIQ 207 MANATDAN - ŞƏRTLƏR
Lənkəranda ucuz mənzillər satışa çıxarıldı – AYLIQ 266 MANATDAN - ŞƏRTLƏR
Satışa çıxarılan 627 mənzildən 172 mənzil Yevlax rayonundakı Yaşayış Kompleksində yerləşir. Yevlaxdakı mənzillər Yevlax şəhəri, Rəşad Budaqov küçəsi ünvanında yerləşən yaşayış kompleksindədir.
Mənzillərin satışı 3 dekabr 2025-ci il tarixində saat 11:00-da başlayacaq və 12 dekabr 2025-ci il tarixi saat 11:00-dək davam edəcək.
MİDA elan edib ki, gözləmə qaydasında mənzillərin seçimi 9 dekabr 2025-ci il tarixində saat 11:00-da başlayacaq və 12 dekabr 2025-ci il tarixi saat 11:00-dək davam edəcək. Sözügedən mənzillər “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada satılacaq.
Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.
Xatırladaq ki, satışa çıxarılan bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur. Onların hamısına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən mənzillərə mülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verilmişdir.
Yevlax Yaşayış Kompleksində satışa çıxarılan mənzillərdən 27-si 1 otaqlı, 42-si 2 otaqlı, 96-sı 3 otaqlı, 7-si 4 otaqlı, 7 mənzil isə studiodur.
|
Bina № |
Binanın yerləşdiyi tikinti sahəsi (m²) |
Binada mərtəbə sayı |
Binaya giriş sayı |
Mənzillərin otaqlarının sayı |
Mənzillərin sayı |
Mənzillərin daxili perimetr üzrə sahəsi (m²) |
Mənzillərin xarici perimetr üzrə sahəsi (m²) |
Baş podratçı / ünvanı |
Tikinti-quraşdırma və təmir işlərinin başaçatma tarixi |
|
4 |
965.8 |
7 |
2 |
1 |
14 |
45.5 |
54 |
"Rabitə İnşaat" ASC, AZ1033, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küç., ev 227C. |
17.10.2025 |
|
2 |
14 |
65.3 |
75.5 |
||||||
|
3 |
41 |
74.2 - 98.1 |
87.1 - 111.8 |
||||||
|
5 |
965.8 |
7 |
2 |
1 |
13 |
45.5 |
54 |
||
|
2 |
14 |
65.3 |
75.5 |
||||||
|
3 |
41 |
74.2 - 98.1 |
87.1 - 111.8 |
||||||
|
6 |
579.5 |
7 |
1 |
Studio |
7 |
43.2 |
50.2 |
||
|
2 |
14 |
58.5 - 67 |
68.6 - 78.3 |
||||||
|
3 |
14 |
77.8 - 89.7 |
92.6 - 105.7 |
||||||
|
4 |
7 |
109.2 |
127.9 |
Yevlaxda satışa çıxarılan mənzillərin qiymətləri
Studio tipli mənzillərin qiyməti – 41 040 manat,
1 otaqlı mənzillərin qiyməti – 43 225 manat,
2 otaqlı mənzillərin qiyməti – 55 575 manatdan başlayır,
3 otaqlı mənzillərin qiyməti – 70 490 manatdan başlayır,
4 otaqlı mənzillərin qiyməti – 103 740 manatdır.
Mənzillərin satış qiymətinə ƏDV daxildir.
Vətəndaş mənzili İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti ilə aldıqda:
|
İllik faiz dərəcəsi |
Müddət |
Aylıq ödəniş* |
||||
|
Studio tipli |
1 otaqlı |
2 otaqlı |
3 otaqlı |
4 otaqlı |
||
|
4% |
3-30 il |
176 manat |
186 manat |
239 - 274 manat |
303 - 400 manat |
446 manat |
|
* Aylıq ödəniş – mənzil minimal ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda. |
||||||












