Banner

İnşaat və əmlak

Bank kadrı böyük tikinti şirkətinə - Təyinat Aldı

Bank kadrı böyük tikinti şirkətinə - Təyinat Aldı | FED.az
10:24 9 Mart 2021

Azərbaycanda bank əməkdaşı şirkətlər qrupu olan “AS Group Investment”ə ( AS Qrup İnvestment MMC) departament direktoru gedib.

Eləcə də bax: “PASHA Holding”də - Yeni Təyinat

FED.az Banker.az-a istinadən xəbər verir ki, Elçin Nəsibov, şirkətlər qrupunun İnsan resursları departamentinə direktor təyin edilib. O, vəzifəsinin icrasına mart ayından start verib.

2019-cu ilin aprelindən 2020-ci ilin oktyabrına qədər isə “Rabitəbank” ASC-nin İnsan resursları departamentinin İşə qəbul və qiymətləndirmə şöbəsinin müdiri idi.

Bundan öncə isə 4 il müddətinə “Bank of Baku” ASC və eyni müddətə də “Kapital Bank” ASC-də müvafiq sahə üzrə çalışıb.

Banner
Banner

Digər xəbərlər