“PASHA Holding”in ölkə üzrə ən böyük aqrar şirkəti olan “Agro Food Investment” MMC-nin yeni baş inzibatçısı təyin edilib.
Eləcə də bax: “PASHA Holding” ölkənin ən böyük özəl aqrar şirkətinə - Əlavə Sərmayə Yatırdı
FED.az Banker.az-a istinadən xəbər verir ki, Zaur Məmmədov aqrar şirkətin Baş maliyyə inzibatçısı təyin edilib. O, bu vəzifənin icrasına mart ayından başlayıb.
Bundan öncə isə holdinqə yaxın olan “PMD Project” MMC-də müvafiq vəzifəyə təyin olunmuşdur, həmçinin şirkətin İdarə Heyətinin də üzvi idi.
Xatırladaq ki, “Agro Food Investments” MMC – 2018-ci ilin avqust ayında təsis edilib, 170.17 milyon manat nizamnamə kapitalına sahibdir.