Bakıda məşur binalardakı mənzillər satışa çıxarılıb.
FED.az xəbər verir ki, söhbət Mehdi Hüseyn küçəsində, Millii Məclisin və «Alov Qüllələri»nin yaxınlığında yerləşən, vaxtilə BP-nin əməkdaşlarının yaşadığı binalardakı mənzillərdən gedir.
Eləcə də bax:Cəmi əlli manat ödəyin, nə məsuliyyətsiz qonşudan qorxun - NƏ DƏ YANĞINDAN
Bir qədər əvvəl əsaslı təmir edilən və fasadı yenilənən binalar «Hillside residence» kompleksi kimi satışa çıxarılıb. Burada hər biri 11 mərtəbə olan 4 bina və 80 mənzil var.
Mənzillər təmirsizdir. Hər mənzil üçün əlavə olaraq avtomobil dayacağı verilir. Dayanacağın qiyməti 80 min manatdır.
Eləcə də bax:Kirayə qaldığı mənzilləri almaq istəyənlərin - NƏZƏRİNƏ
Mənzillərin satışı ilə məşğul olan FMG şirkətindən FED,az-a verilən məlumata görə, kompleksdə satış qiymətləri mənzillərin yerləşməsindən asılı olaraq kvadratmetri 3000-4200 manat arasında dəyişir. Dənizə baxan mənzillər daha bahalıdır.
Hələlik satışa yalnız 4 otaqlı mənzillər çıxarılıb, sahəsi 214 kvadratmetrdir.