Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol” adlı sosial aksiya bu həftə Abşeron rayonu, Novxanı kəndində keçiriləcək.
Eləcə də bax: Kvadratı 120-150 manata ev tikən - ŞİRKƏTLƏR, SİYAHI
Komitədən FED.az-a verilən məlumata görə, vətəndaşların rahatlığı üçün bütün növ daşınmaz əmlakın qeydiyyat xidmətləri səyyar formada təqdim ediləcək.
Sakinlər 01-05 oktyabr tarixlərində, saat 09:00-dan 17:00-dək Novxanı kəndi, Şıxəli Qurbanov küçəsi 1 (Novxanı İcra Nümayəndəliyinin qarşısında) ünvanındakı mobil ofislərə yaxınlaşa bilər.
Əlçatan xidməti sürətli və müasir üsullarla vətəndaşlara təklif edən bu layihə ərazi idarəsinə getmədən fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlakları qeydiyyata almağa şərait yaradır.
Eləcə də bax: Bakıda torpaq bahalaşır - QİYMƏT
Bakının daha bir ərazisində «kupça» paylanacaq - TARİXLƏR
10:40
1 Okt 2018