Bakının daha bir ərazisində dövlət tərəfindən sosial evlərin tikintisi başlanır.
FED.az xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin nəzdində olan "MİDA" MMC Bakının Binəqədi rayonunda sosial evlərin tiknitisi üzrə tender elan edib.
FED.az xəbər verir ki, yeni sosial evlər Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 5 ünvanında yerləşəcək.
Burada yeni çox mənzilli binaların tikintisi üçün 9 hektar ərazi ayrılıb.
Həmin ərazidə ümumilikdə 13 ədəd çoxmənzilli yaşayış binası tikiləcək. Tender də bu binaların sayına uyğun lotlara bölünüb.
Lot-1 - 1 və 2 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi
Lot-2 - 3, 4 və 5 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi
Lot-3 - 6, 7 və 8 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi
Lot-4 - 12 və 13 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi
Xatırladaq ki, indiyədək akı şəhərində güzəştli qiymətlərlə satılan mənzillər iki ərazilə inşa edilib. Bunlar Yasamal və Hövsan əraziləridir. Bakıdan əlavə isə, sosial evlər Gəncədə tikilərək satılır, eləcə də Sumqayıtda və Lənkəranda inşa edilir.
Tenderdə tigər tələblərlə yanaşı, iştirakçılardan 3 il, yəni 2020-2022-ci illər ərzində bütün sosial infrastrukturla təmin edilmiş yaşayış komplekslərində "Tikinti obyektinin istismarına icazə" sənədi əsasında çoxmənzilli binalarda ümumi sahəsi azı 15 000 min kvadratmetr mənzil təhvil vermiş olmalı,
Eləcə də son 3 ildə (2020-2022-c illərdə) tikinti quraşdırma işləri üzrə maliyyə dövriyyəsi azı 30 milyon manat olmalıdır. İddiaçılar sənədləin bir hissəsini 15 may 2023-cü il saat 17:00-dək Tender komissiyasına təqdim etməlidirlər. Həmin sənədlərdən hər hansı birini təqdim etməyən və ya ixtisas göstəricilərinə dair tələblərə uyğun olmayan iddiaçının tender təklifi qəbul olunmur.
İddiaçılar öz tender təkliflərini (imzalanmış, möhürlənmiş, ikiqat bağlama zərfdə) 23 may 2023-cü il saat 17:00-dək yuxarıda qeyd olunan ünvana təqdim etməlidirlər. Göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifi zərfləri 24 may 2023-cü il saat 15:00-da "MİDA" MMC-də açılacaqdır.