Bakı şəhər Nərimanov rayonu ərazisində yerləşən və xeyli vaxtdır tikintisi dayandırılan binanın söküntüsünə başlanılıb.
Elxan Əsədov: "Binaların panelləri, zirzəmidə bünövrələr dağıdılıb. Ən böyük bəlamız budur"
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, söküntü işləri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən aparılır.
Bildirilib ki, binanın tikintisi 2 il əvvəl dayandırılıb. Belə ki, tikinti zamanı binanın layihədə nəzərdə tutulmayan formada inşa edilməsi müəyyən edilib və məhkəmə qərarı ilə tikinti işləri dayandırılıb.