“Bizdə 30-40 il əvvəl və ya 1 il bundan əvvəl tikilmiş binalarda ən böyük problem sonradan sakinlərin və mülkiyyətçilərin icazəsiz apardığı müdaxilələr və dəyişikliklərdir”.
Şərurlu İsfəndiyar: “Azərbaycandakı binalar Türkiyədəkindən çox keyfiyyətlidir”
FED.az xəbər verir ki, bunu müsahibəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib.
“Bizim zəlzələyədavamlılıq baxımından ən böyük bəlamız deyərdim ki, budur. Hesab edirəm ki, bununla mübarizə daha da sərtləşdirilməlidir. Qanunvericiliyə əsasən, hər bir mülkiyyətçi və ya balans saxlayıcı təşkilat binaların qorunmasına cavabdehdir. Müdaxilə olmasa belə, binalarda hansısa qüsurlarla, çatlarla, dağıntılarla qarşılaşdıqları halda bizə müraciət etməlidirlər və bizim institutlarımız tərəfindən müqavilə əsasında həmin binalarda müayinələr aparılıb, aktlaşdırılmalı və bunun əsasında qüsurların aradan qaldırılması üçün mülkiyyətçilər tərəfindən lazımi tədbirlər həyata keçirilməlidir”. (Apa)