İnşaat və əmlak

Bakıda qeyri-adi binanın tikilməsi – TƏKLİF OLUNUR

Bakıda qeyri-adi binanın tikilməsi – TƏKLİF OLUNUR | FED.az
09:22 13 Yan 2020

Bakı bulvarında yeni bir binanın inşası təklif olunur.

FED.az xəbər verir ki, gənc memar Ayaz Bağırov Azərbaycanın əsas rəmzlərindən biri Nar şəklində olan maraqlı bir layihə hazırlayıb.

Eləcə də bax:Azərbaycanda tikintiyə icazə alanda – ÖDƏNİLƏCƏK MƏBLƏĞLƏR - TƏSDİQLƏNDİ - TAM SİYAHI

Layihə aidiyyəti qurumlara göndərib və sosial şəbəkələrdə yayılıb.

Fotolardan görünür ki, memar Bakı bulvarının ərazisindəki Baku Cristal Hall yaxınlığında yer təklif edib. Binanın sahəsi 1 hektar, hündürlüyü 70 metr olacaq və 12 mərtəbədən ibarət olacadır. Layihəyə görə, səkkizgüşəli bina nar şəklində olacaq və tacına Gerb və Azərbaycan Respublikasının bayrağı şəklində səkkizgüşəli ulduz quraşdırılacaqdır. Layihə müvafiq qurruma baxılması üçün göndərilib.

Eləcə də bax:Bakıda 1 kvadratmetri 25 min manata - TORPAQ SATILIR - VİDEO

Xatırladaq ki, 02.03.2019 tarixində Bakıda keçirilmiş "Azerbaijan Design Award" dizayn müsabiqəsində Ayaz Bağırovun "Bakı Mədəniyyət Mərkəzi" adlı layihəsi "Ən yaxşı İnteryer və Eksteryer" nominasiyasını qazanıb.

Məlumat üçün bildirək ki, müəllif İaz Akademiyası adından Bakıda və Moskvada "Bionik memarlıq və vizualizasiya" mövzusunda mühazirələr verir.

Digər xəbərlər

Banner