Paytaxtın bəzi küçələrində torpaq sahələri kvadratmetrlə satılır.
FED.az xəbər verir ki, buna səbəb son vaxtlar tikintiyə nəzarət tədbirlərinin gücləndirilməsi, digər tərəfdən isə paytaxtda boş sahələrin sürətlə azalmasıdır.
Eləcə də bax: Azərbaycanda tikintiyə icazə alanda – ÖDƏNİLƏCƏK MƏBLƏĞLƏR - TƏSDİQLƏNDİ - TAM SİYAHI
Torpaq sahələrinin ölçüləri az olduğundan onlar yaşayış kompleksi üçün olan normalara cavab vermir. Belə ki, tələblərə əsasən yaşayış binalarında vətəndaş üçün parkinq, istirahət zonası,uşaqlar üçün əyləncə yerləri təşkil edilməlidir. Bu tələblər qarşılanmadığından, xüsusiilə də mərkəzi ərazilərdə, kiçik torpaq sahələrindən daha çox kommersiya və iaşə obyektləri üçün istifadə edilir. Əmlak bazarı üzrə ekspert Ramil Osmanlı bildirir ki, mərkəzi yollara yaxın, nəqliyyatla təmin olunan, dayanacaq və metro ətrafında belə torpaqlar daha çox kommersiya məqsədilə istifadə edilir: «Belə obyektlərin gəlirliyi həddən artıq yüksək olduğuna görə, həmin obyektlərin yerləşdiyi torpaqlar da sotla deyil, kvadratmetrlə satılır».
Eləcə də bax: Tələbə yataqxanası tikmək neçəyədir? – HESABLAMA, MƏBLƏĞ
Bəzi ərazilərdə 4-5 kvadrat metrlik boş sahəyə təklifedilən pulla asanlıqla1 mənzil almaq mümkündür: «Bəzi ərazilərdə torpaq sahələrinin bir kvadratmetrinin dəyəri 20-25 min manata qədər artır. Bu da o deməkdir ki, torpağın sotu 2-2,5 milyon manatdır. Məsələn, Ağa Nemətulla küçəsinin kənar hissəsində, torpaq sahəsi demək olar ki, yoxdur. Tapsaq, 1 kvadratmetri ən yaxşı halda 15-20 min manatdır. Mərkəzi ərazilərdə isə torpağın bir sotunun qiyməti minimum yarım milyon manatdan başlayır».
Eləcə də bax: Azərbaycanda ucuz qiymətə quraşdırma evlərin - SATIŞI BAŞLAYIB - QİYMƏT
Əmlak məsələləri üzrə ekspertlər bildirir ki,kiçik torpaq sahələrində tikilən qarajsız və vətəndaşların rahatlığını təmin etməyən binaların tikintisinə artıq icazə verilmir. Nəzarət tədbirlərinin gücləndirilməsində əsas məqsədvətəndaşın rahatlığını təmin etməkdir.Bununla da boş ərazilərdə daha çox kiçik kommersiya obyektlərinin inşası həyata keçirilir.
Ekspertin sözlərinə görə,son illərin tendensiyası onu göstərir ki,artıq mərkəzi ərazilərdə yaşayış obyektləri yerinə iaşə obyektlərinə sərmayə qoyuluşuna maraq artmaqdadır.