Bakıda sentyabr ayında ilkin mənzil bazarında qiymətlər əvvəlki ayla müqayisədə 3,57 faiz ucuzlaşıb.
Eləcə də bax: Avrozonada ev qiymətlərinin rüblük artımı - 15 İllik Maksimuma Çatıb
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bunu "MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.
O qeyd edib ki, ötən ay ərzində ilkin mənzil bazarında 1 kvadratmetrin orta qiyməti 1 377 manat təşkil edib. Mənzillərin qiyməti bu ilin sentyabr ayında əvvəlki ayla müqayisədə 3,57 faiz ucuzlaşıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 4,64 faiz bahalaşıb.
Ötən ay orta hesabla ucuz mənzilin 1 kvadratmetrinin qiyməti 936 manat, baha mənzillərin isə 1 kvadratmetrinin qiyməti 2368 manat təşkil edib.