Bu ilin II rübündə Avrozonada yaşayış evlərinin qiymətləri ötən ilin analoji dövrü ilə müqayisədə 6,8% artıb. Göstəricinin artımı 2006-cı ilin IV rübündən bəri maksimuma çatıb. Cari ili I rübündə artım 5,7% təşkil edib.
Eləcə də bax: Türkiyədə mənzillərin qiyməti qalxdı - QİYMƏTLƏR
FED.az xəbər verir ki, bu barədə "Eurostat"ın açıqlamasında deyilir.
Qeyd olunur ki, 2021-ci ilin yanvar-mart aylarında rüblük ifadədə qiymət artımı 2,6%-dək sürətlənib (1,3%-dən).
Avropa İttifaqının (Aİ) 27 ölkəsində isə yaşayış evləri ötən rüb illik ifadədə 7,3% bahalaşıb. Cari ili I rübündə artım 5,7% təşkil edib. Bu, 2007-ci ilin III rübündən bəri maksimum göstəricidir. Bu ilin yanvar-mart aylarında rüblük ifadədə qiymət artımı 2,7%-dək sürətlənib (1,7%-dən).
Məlumatların mövcud olduğu Aİ ölkələri arasında mənzil qiymətlərində ən yüksək illik artım templəri Estoniya (16,1%), Danimarka (15,6%) və Çexiyada (14,5%) müşahidə edilib. Qiymətlərdə azalma isə yalnız Kiprdə (-4,9%) qeydə alınıb.
Əvvəlki rüblə müqayisədə ən böyük qiymət artımı Latviya (6,7%), Sloveniya (4,5%) və Avstriyada (4,2%) olub.
"Eurostat" onu da qeyd edib ki, 11 il ərzində (2010-cu ildən 2021-ci ilin II rübünədək) Aİ-də mənzil qiymətlərinin 34%, kirayə evlərin qiymətlərinin isə 16% artdığını bildirib. (Apa)