Bakıda fərdi yaşayış və bağ evlərinin kirayə qiyməti bahalaşıb.
Eləcə də bax: Bakıda bağ evlərinə tələbat artıb - Qiymətlərdə Bahalaşma Var
FED.az xəbər verir ki, "MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov bildirib ki, iyun ayı ərzində fərdi yaşayış və bağ evlərinin kirayə qiyməti ötən aya nisbətən 11.5 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 14.17 faiz bahalaşıb.
Ekspert bildirib ki, kirayə qiymətləri evlərin ümumi qiymətinə görə fərqlənib. Belə ki, bahalı fərdi yaşayış və bağ evlərinin kirayə qiyməti ay ərzində 3.16 faiz, il ərzində isə 2.8 faiz ucuzlaşıb.
Lakin orta qiymətə olan fərdi yaşayış və bağ evlərinin kirayə qiyməti ay ərzində 4.51 faiz, ötən illə müqayisədə isə 20.31 faiz bahalaşıb.
Ucuz evlərin qiymətində artım ay ərzində 2.24 faiz, il ərzində isə 9.17 faiz olub.
N.İbrahimov bildirib ki, bahalaşma mövsümi xarakter daşıyır:
"Yayla əlaqədar fərdi yaşayış və bağ evlərinə tələbat artdığı üçün qiymətlərdə bahalaşma müşahidə olunur". (Trend)