Bakıda fərdi yaşayış və bağ evlərinin qiyməti bahalaşıb.
Eləcə də bax: Bakıda kirayə bağ evləri - Bahalaşır
FED.az xəbər verir ki, "MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov bildirib ki, iyun ayı ərzində fərdi yaşayış və bağ evlərinin satış qiyməti 3.8 faiz, ötən illə müqayisədə isə 7.33 faiz bahalaşıb.
Onun sözlərinə görə, baha qiymətə olan fərdi yaşayış və bağ evlərinin satış qiyməti ötən ay 2.57 faiz, ötən illə müqayisədə isə 0.45 faiz artıb.
Orta qiymətə olan bağ evləri isə ötən ay 1.54 faiz, ötən illə müqayisədə isə 9.28 bahalaşıb. Ucuz qiymətə olan fərdi yaşayış və bağ evlərinin qiyməti ay ərzində 7.15 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0.15 faiz bahalaşıb.
N.İbrahimov bildirib ki, bahalaşma mövsümi xarakter daşıyır. (Trend)