Dekabrın 24-də Bakıda Daşınmaz Əmlak Bazarı (DƏB) istifadəyə verilib.
Azərbaycanda kirayə üsulu ilə satış üçün - YENİ MƏNZİLLƏR TƏKLİF EDİLİB
Pay torpaqlarının sənədləşdirilməsi ilə bağlı bir sıra çətinliklər var - DÖVLƏT XİDMƏTİ
FED.az xəbər verir ki, DƏB daşınmaz əmlak bazarı ilə bağlı sərgi-satış kompleksidir. Belə ki, daşınmaz əmlakın alqı-satqısı, kirayəsi və barteri, interyer və eksteryer dizayn xidməti təklif edən yerli və xarici daşınmaz əmlak şirkətlərinin xidmətləri indi 365 gün ərzində bir məkandan təqdim olunacaq.
Açılış mərasimində yerli və xarici şirkətlərin rəhbərləri, media nümayəndələri və digər qonaqlar iştirak edib.
Qeyd olunub ki, daşınmaz əmlakla bağlı xidmətlərin bir məkandan təqdim olunması vaxta qənaət və müştəri məmnuniyyəti baxımından mühüm addımdır. (Trend)