Bakıda kommersiya obyektlərinin qiymətində ucuzlaşma müşahidə edilib.
Eləcə də bax: Bakıda bu evlərin kirayə qiyməti - UCUZLAŞIR
FED.az xəbər verir ki, “MBA Consulting Group” şirkətindən verilən məlumata görə, yanvar ayında kommersiya obyektlərinin orta qiyməti 5,24 faiz ucuzlaşıb.
Bir obyektin orta qiyməti 1 063 519 manat təşkil edib. Eyni zamanda orta ölçüdə kommersiya obyektinin sahəsi 450 kv.m təşkil etməklə hər kv.m-in orta qiyməti 3 397 manat olub.
Yanvar aydında Bakıda 550-dən çox kommersiya obyekti şatış təklifində olub. (Trend)