Ötən ay ərzində Bakıda fərdi yaşayış və bağ evlərinin kirayə qiyməti ucuzlaşıb.
Eləcə də bax: Bakıda bu evlərin kirayə qiyməti - BAHALAŞIR
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, “MBA Consulting Group” şirkətindən verilən məlumata görə, 2022-ci ilin yanvar ayında yaşayış və bağ evlərinin kirayə qiymətində 4,22 faiz azalma müşahidə edilib.
Bu müddət ərzində ucuz evlərin kirayə qiyməti 277 manat, orta evlərin kirayə qiyməti 699 manat, bahalı evlərin kirayə qiyməti isə 3682 manat təşkil edb.
Fərdi yaşayış və bağ evlərinin kirayə qiymətinin ucuzlaşması mövsümi xarakter daşıyır. Qış ayları olduğu üçün bu evlərə tələbat azalıb ki, bu da qiymətlərin ucuzlaşmasına səbəb olub.