İnşaat və əmlak

«Bakı Metropoliteni» «Sovetski»də torpaq alacaq - QƏRAR

«Bakı Metropoliteni» «Sovetski»də torpaq alacaq - QƏRAR | FED.az
00:30 16 Avqust 2019

Bakının «Sovetski» adlanan ərazisində bəzi ərazilər dövlət ehtiyacları üçün alınacaq.

FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin «Qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə dartıazaldıcı yarımstansiyanın tikintisi ilə bağlı torpaq sahəsindən istifadə hüququnu və həmin torpaq üzərində yerləşən yaşayış obyektlərini dövlət ehtiyacları üçün alan orqanın müəyyən edilməsi barədə» qərarında deyilir. 
Eləcə də bax: Rayonlarda evlərin qiyməti niyə 500 min manata çatır - SƏBƏBLƏR


Qərara əsasən, qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 430-cu məhəllə ərazisində dartı-azaldıcı yarımstansiyanın tikintisi ilə əlaqədar 0,0606 hektar torpaq sahəsindən istifadə hüququnu və həmin torpaq üzərində yerləşən vətəndaşlara məxsus yaşayış obyektləri dövlət ehtiyacları üçün alınacaq. Torpaqları alan orqan «Bakı Metropoliteni» QSCi müəyyən edilib.
Eləcə də bax: Bakının altı rayonunda binalar söküləcək - SİYAHI


«Bakı Metropoliteni» QSC sözügedən torpaq sahəsinin və üzərindəki tikililərin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun tələblərinə uyğun olaraq həyata keçirməli və bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etməlidir. Bu Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinə həvalə edilib.

Digər xəbərlər