Banner

İnşaat və əmlak

Bakı Ağ Şəhər-də Azərbaycanın - ƏN UNİKAL LAYİHƏSİ TİKİLİR

Bakı Ağ Şəhər-də Azərbaycanın - ƏN UNİKAL LAYİHƏSİ TİKİLİR | FED.az
15:04 18 Noy 2019

Azərbaycan inşaat sektorunda özünəməxsus tərzi ilə fərqlənən “Hünər Qüllələri”nin tikintisi Bakı Ağ Şəhərdə sürətlə davam edir.

FED.az xəbər verir ki, iki qüllədən ibarət 20 mərtəbəli kompleksin 2 yeraltı qaraj sahəsinin tikintisi artıq yekunlaşıb.

Eləcə də bax: İlin ən uğurlu tikinti layihəsi – “HÜNƏR QÜLLƏLƏRİ”

Hazırda giriş mərtəbəsindəki sütunların dəmir konstruksiyasının yığılması və betonlanması prosesi davam edir. Qeyd edək ki, binalarda 2 yeraltı, 2 yerüstü olmaqla ilk 4 mərtəbə ümumi olaraq inşa olunur və bu mərtəbələr qüllələri bir-biri ilə birləşdirir.

Kompleksdə 4-cü mərtəbədən etibarən başlayan və hər mərtəbədə 5 ədəd olmaqla ümumilikdə 168 mənzil və 2 penthouse yerləşir. Mənzillər həm təmirli, həm də təmirsiz olaraq müştərilərə təklif olunur. Kompleksin 3-cü mərtəbəsində təbii yaşıllıqlarla əhatə olunmuş ümumilikdə 4 000 kv/metr ərazini əhatə edən açıq park sahəsi yerləşir. 2018-ci ildə inşasına başlanan layihənin 2022-ci ildə təhvil verilməsi planlaşdırılır.

Qeyd edək ki, “Hünər Qüllələri” Azərbaycanın ən unikal layihələrindən biridir. Belə ki, Azərbaycanda ilk dəfə “Hünər Qüllələri”ndə yaşayış və sosial məkanları eyni binada birləşdirən Flexhouse sistemini tətbiq olunur. Bu layihədən mənzil aldığınız zaman kinozal, musiqi otağı, karaoke otağı, parti otağı, playstation otağı, bilyard salonu, qapalı meydança kimi 14 növ xidmət otağından istifadə etmək şansı əldə edəcəksiniz. Sadəcə binada yaşayan sakinlərin istifadəsi üçün nəzərdə tutulan Flex otaqları evinizə aid xüsusi bir sahə kimi istifadə edə bilərsiniz.

Siz də “Hünər Qüllələri”ndən mənzil sahibi olmaq istəyirsinizsə satış ofisimizə gələrək sizi maraqlandıran bütün suallara cavab ala bilərsiniz. Satış ofisimizdə nümunə mənzillər və Flex otaqlar yolunuzu gözləyir.

Ünvan: Bakı Ağ Şəhər, Park rayonu

Telefon: (012) 409 00 44

              (050) 409 00 44

Web: www.hunergroup.az

E-poçt: [email protected]

Facebook: https://www.facebook.com/hunergroup/

Instagram: https://www.instagram.com/hunergroup

Youtube: https://www.youtube.com/channel/UCzhwuH7cKBZPuZUfrKEkn1g

 

Digər xəbərlər

Banner