Fevralın 23-də 2018-ci ilin yekunları üzrə “Azeri Business Award” Milli mükafatının təqdimetmə mərasimi keçirilib. “Business Time” jurnalının təsis etdiyi ənənəvi müsabiqədə Huner Group “İlin tikinti layihəsi” nominasiyası üzrə qalib elan olunub.
Huner Group bugünədək müxtəlif sahələrdə uğurlu işlərə imza atıb. Bu illər ərzində öz etibarlılığı ilə seçilən şirkətin ən möhtəşəm inşaat layihəsi isə Bakı Ağ Şəhər-də tikintisi davam edən “Hünər Qüllələri”dir. Ümumilikdə 83 408 m2 ərazini əhatə edən layihənin 30 %-i yaşayış sahəsinə, qalan hissəsi isə sakinlərin ehtiyaclarını təmin etmək məqsədilə nəzərdə tutulan müxtəlif təyinatlı xidmət sahələrinə ayrılıb. Qüllələrin 2 yeraltı mərtəbəsində 214 maşının dayanması üçün 10 000 m2-lik geniş qaraj sahəsi və 116 fərdi depo yerləşir. 3-cü mərtəbədən etibarən başlayan və hər mərtəbədə 5 ədəd olmaqla ümumilikdə 168 premium mənzil və 2 penthouse ən müasir dizaynla və tam təmirli şəkildə müştərilərinə təqdim ediləcək.
Eləcə də bax: Tikinti ilə bağlı cərimələrin 50 faizi hara köçürüləcək?
Layihənin ən cəlbedici xüsusiyyəti isə Azərbaycanda ilk dəfə Flexhouse sisteminin tədbiq olunmasıdır. Patenti sadəcə Huner Group-a aid olan sistemin məqsədi, müştərilərə yaşayacağı mənzillərlə birlikdə müxtəlif növ xidmət sahələri təqdim etməkdir. Belə ki, “Hünər Qüllələri”ndən mənzil alan hər bir kəs, əlavə olaraq müxtəlif məqsədli 14 növ xidmət otağından istifadə etmək şansı qazanacaq. Bu otaqlar uşaq oyun zalı, xüsusi səs və görüntü sisteminə sahib kino zal, karaoke otağı, musiqi otağı, özəl günlərinizi qeyd etmək üçün parti otağı, playstation otağı, qonaqlarınızı rahatlıqla yerləşdirə biləcəyiniz qonaq otağı, bütün növ avadanlıqlarla təchiz olunan özəl mətbəx, fitnes salonu, qapalı mini futbol və basketbol meydançası, bilyard salonu, geniş iş otağı, sürücü otağı və camaşırxana daxildir.
Qeyd edək ki, “Azeri Business Award” mükafatının təsisçisi Azərbaycanda 10 ildir uğurla fəaliyyət göstərən “Business Time” aylıq işgüzar jurnalıdır. “Azeri Business Award” Milli mükafatının ilk təqdimat mərasimi 2009-cu ildə baş tutub və Azərbaycanda biznes sahəsində keçirilən ən nüfuzlu tədbirlərdən biri hesab olunur. O, ən yaxşı təşkilatları və şirkətləri nümunə kimi göstərir, milli biznesin yeni imicini yaradır, həmçinin ölkədə işgüzar etikanın yeni standartlarının inkişafına yardım edir. Mükafat milli biznesin yeni simasını formalaşdıran, Azərbaycan bazarının ən parlaq və dinamik iştirakçılarına təqdim edilir. Qaliblərin müəyyən edilməsində əsas amil kimi namizədlərin fəaliyyətindəki artım tempi götürülür.
İlin ən uğurlu tikinti layihəsi – “HÜNƏR QÜLLƏLƏRİ”
13:55
28 Fev 2019