2022-ci ilin yanvar-aprel aylarında azərbaycanlılar Türkiyədə 453 mənzil alıblar.
FED.az Türkiyə Statistika Xidmətinə istinadən xəbər verir ki, azərbaycanlılar yanvarda 89, fevralda 93, martda 115, apreldə 156 mənzil alıblar.
Xatırladaq ki, azərbaycanlılar 2021-ci ilin yanvar-aprel aylarında Türkiyədə 382, o cümlədən yanvarında 68, fevralında 77, martda 106, apreldə 131 mənzil almışdılar.
Azərbaycanlılar Türkiyədə 2020-ci ildə 1279, 2021-ci ildə isə 1517 mənzilə mənzilə sahib olublar.
Azərbaycanlılar Türkiyədə ev alan xaricilər arasında 5-ci yerdədir. (Marja)