İnşaat və əmlak

Azərbaycanlılar bu ölkədə hər gün 3 mənzil alıblar

Azərbaycanlılar bu ölkədə hər gün 3 mənzil alıblar | FED.az
12:21 17 İyul 2019

Türkiyədə mənzil alan azərbaycanlılar artmaqda davam edir.
Eləcə də bax:Güzəştli mənzilləri bu dəfə kimlər aldı? – AÇIQLANDI, SİYAHI

FED.az Türkiyənin Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ilin İyun ayında azərbaycanlılar Türkiyədə 67 mənzil alıblar. 2018-ci ilin İyun ayında azərbaycanlılar Türkiyədə 82 mənzil almışdılar.

2019-cu ilin Yanvar-İyun dövründə (ilk 6 ayda) isə azərbaycanlılar Türkiyədə 531 mənzil alıblar (orta hesabla hər gün 3 mənzil). 2018-ci ilin eyni dövründə bu say 414 idi. 

Azərbaycanlılar Türkiyədə mənzil alan xaricilər arasında 10-cu yerdədir. İyun ayında Türkiyədən ən çox mənzili İraq vətəndaşları alıblar -   429 mənzil. İraqlıların ardınca 415 mənzil ilə İran, 190 mənzil ilə  Rusiya vətəndaşları gəlirlər. 


Digər xəbərlər