Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) iyulun 12-də güzəştli mənzilləri şəxsi vəsaiti ilə, yəni kreditsiz alanları açıqlayıb. Xatırladaq ki, həmin gün qısa müddət ərzində satışa çıxarılan 253 mənzilin hamısı satılıb.
Bu dəfəki mənzillərin yarıdan çoxu – 146-sı 2 otaqlılar, 64-ü ü otaqlı, 43-ü isə bir otaqlı olub.
Mənzil alanların əksəriyyəti keçmiş və indiki hərbi qulluqçulardır – 65 mənzil. Yeri gəlmişkən, onların əksəriyyəti 2 otaqlı mənzillər alıblar.
76 alıcı isə müxtəlif müddətlərdə dövlət qulluğunda xidmətə edənlər olub. Onlardan 44-ü iki otaqlı mənzil alıblar.
Polislər bu dəfə 27 mənzil alıblar.
Mənzil alanlardan 46-sı elm adamlarıdır – 27 nəfər elmi işçi, 15 nəfər elmlər doktoru, 4 nəfər isə fəlsəfə doktorudur.
Şəhid ailəsinin üzvləri bu dəfə cəmi 3 mənzil alıblar. Onlardan başqa, 21 məcburi köçkün ailəsi də güzəştli şərtlərlə mənzilə sahib olublar. Nəhayət bu dəfə alıcılardan biri idman nailiyyətlərinə sahib olan alıcı olub.
Mənzil sahibi olanların 32%-i yaşı 35-də olanlar, qalanı isə bundan daha çox olanlardır.