2021-ci ilin yanvar-avqust aylarında (8 ay ərzində) azərbaycanlılar Türkiyədə 858 mənzil alıblar. 2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 700 mənzil almışdılar.
Kirayə üsulu ilə verilən mənzillərin sayı - 1000-i Keçib
FED.az Türkiyənin Statistika Komitəsinə istinadən xəbər verir ki, azərbaycanlılar Türkiyədə 2021-ci ilin Yanvar ayında 68 mənzil, Fevral ayında 77 mənzil, Mart ayında 106 mənzil, Aprel ayında 131 mənzil, May ayında 47 mənzil, İyun ayında 164, İyul ayında,127 mənzil, Avqust ayında isə 138 mənzil alıblar. Ötən ilin eyni aylarında say müvafiq olaraq 99, 90, 95, 35, 42, 70, 115 və 154 mənzil olmuşdu.
Azərbaycanlılar Türkiyədə mənzil alan xaricilər arasında 9-cu yerdədir.
Azərbaycanlılar Türkiyədə 2016-da 610 mənzil, 2017-ci ildə 942 mənzil, 2018-ci ildə 1250 mənzil, 2019-cu ildə 1191 mənzil, 2020-ci ildə 1279 mənzil alıblar.
Qeyd edək ki, 2021-ci ilin Avqust ayında Türkiyədə satılan mənzillərin sayı 17% düşərək 141 min 400 təşkil edib. Xaricilərə satılan mənzillərin sayı isə ötən ilin eyni ayı ilə müqayisədə 50,7% artaraq 5 min 866 olub.(marja)