Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 35 576 borcalana 1 910,7 milyon manat kredit verib.
Eləcə də bax: Ən əlverişli kirayə mənzili necə seçmək olar? - QİYMƏTLƏR
FED.az xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.
Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 233,278 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 1 002 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.
Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir. (Report)