Azərbaycanda insanlara zərərli təsir göstərən bəzi obyektlərin yaşayış binasının zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində ictimai təyinatlı obyektlərin yerləşdirilməsinə yol verilməyəcək.
Eləcə də bax: Yaşayış binalarında yerləşən mağazalar saat 23:00-a qədər işləyəcək - YENİ TƏLƏBLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu, bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda öz əksini tapıb.
Sənədə əsasən, həmin obyektlər aşağıdakılardır:
- istismarı zamanı yaşayış ərazisini və ətraf mühiti çirkləndirə bilən kimyəvi və digər məmulatların ixtisaslaşdırılmış satış mağazaları;
- partlayış və yanğın təhlükəli maddə və materiallar satılan mağazalar;
- sintetik xalça məmulatlarının, avtomobil şinlərinın satışı mağazaları;
- ixtisaslaşmış balıq mağazaları;
- müxtəlif təyinatlı anbarlar, o cümlədən topdansatış anbarları;
- saat 23:00-dan sonra iş rejimi olan bütün müəssisələr və mağazalar;
- tezalışan maddələrlə işləyən məişət xidməti müəssisələri, hamamlar, saunalar (mənzillərdəki fərdi saunalar istisna olmaqla);
- sahəsi 250 m2-dən artıq, oturacaq yerlərinin sayı 50-dən çox olan yeməkxana və istirahət müəssisələri;
- camaşırxana və kimyəvi təmizləmə müəssisələri (qəbul məntəqələri və növbədə 75 kq-a qədər istehsal gücü olan özünəxidmət camaşırxanaları istisna olmaqla);
- ümumi sahəsi 100 m 2- dən artıq olan avtomat telefon stansiyaları;
- ictimai tualetlər;
- dini ayinləri keçirən müəssisələr;
- binanın hüdudları daxilində və ona bitişik inşa edilmiş transformator yarımstansiyaları;
- istehsalat sahələri (əlilliyi olan şəxslərin və ahıl insanların əməyindən istifadə edən müəssisələr, o cümlədən quraşdırma və dekorativ işlər emalatxanaları istisna olmaqla);
- baytarlıq klinikaları və kabinetləri;
- təbii və mayeləşdirilmiş qazdan yanacaq kimi istifadə edən cihazların yerləşdirilməsinin nəzərdə tutulduğu ictimai iaşə, ticarət, məişət xidməti və digər təyinatlı obyektlər.