Azrbaycanda tikinti sahəsində aparılan islahatlar çərçivəsində gözlənilən yeniliklərdən biri də tikintiyə nəzarətin bir hissəsinin özəl şirkətlərə həvalə edilməsidir.
FED.az xəbər verir ki, bu Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesin yerləşdiyi yer (tikintiyə icazələrin verilməsi)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsində nəzərdə tutulub.
Yol xəritəsinin bir hissəsi tikinti sahəsində qaydaların və ətraf mühitlə bağlı icazələrə dair tənzimləyici norma və qanunvericiliyin təkmilləşdirilməsinə həsr edilib.
Burada nəzərdə tutulan təlbirlər arasında beynəlxalq təcrübə nəzərə alınmaqla tikintiyə dövlət nəzarəti mexanizminə özəl şirkətlərin cəlb olunması imkanlarının araşdırılması da var. Eyni zamanda tikintiyə nəzarət, o cümlədən istismara hazırlıq yoxlaması ilə bağlı məsuliyyət səviyyəsinin müəyyən edilməsinə dair layihənin hazırlanaraq təqdim edilməsi də nəzərdə tutulur.