2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 306,4 milyon manat məbləğində tikinti materialları istehsal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 72,3% çoxdur.
Eləcə də bax: Azərbaycanda kimya sənayesi məhsullarının istehsalı kəskin artıb - CƏDVƏL
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada 1 milyon 50,2 min ton sement (artım 9%) istehsal edilib.
8,9 min ton (artım 50,8%) tikinti gipsi, 31,9 min ton (artım 48,4%) sementdən tikinti blokları və kərpicləri, 927 min ton (artım 29,8%) hazır beton qarışığı, 6,6 min ton (azalma 25,8%) tikinti əhəngi, 233,6 min kubmetr (artım 55,9%) tikinti kərpici, 6,797 min ton (azalma 28,7%) emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatlar, 12,8 min kubmetr (artım 34,7%) betondan yığma tikinti konstruksiyaları, 25,3 min ton (artım 3,2 dəfə) asfalt istehsal edilib.
Hazırda Azərbaycan hökuməti Qarabağda və Şərqi Zəngəzurda irimiqyaslı bərpa layihələri həyata keçirir. Bu işlər tikinti materiallarının istehsal həcminin artmasına təkan verir. (İnterfaks-Azərbaycan)