Bu ilin yanvar-aprel aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 812,2 mln. manatlıq məhsul istehsal edilib.
Eləcə də bax: “Azərikimya”da istehsal üç dəfəyə qədər - ARTIB
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 2 dəfə, kimya sənayesi məhsullarının istehsalında 52,2%, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 20% artıb.
Məlumata görə, rezin və plastik kütlə məmulatlarından bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı 90,6%, məsaməli polistirol lövhələr və zolaqların istehsalı 16,3%, əsas kimya məhsullarından lak-boya məmulatlarının istehsalı isə 13,2% artıb.
Azərbaycanda əsas kimya məhsullarının istehsalı dinamikası:
Məhsul növləri |
2022-ci il, yanvar-aprel |
2021-ci ilə müvafiq göstəricisinə nisbətən, % |
Azot, min kubmetr |
7 349,5 |
102 |
ondan əmtəəlik |
185,5 |
180,4 |
Yod, ton |
48,1 |
88,4 |
Oksigen, min kubmetr |
1 503,3 |
44,1 |
ondan əmtəəlik |
1 491,8 |
43,9 |
Propilen, min ton |
41,7 |
92,3 |
ondan əmtəəlik |
39,3 |
93,3 |
Polietilen, min ton |
44 |
84 |
Etilen, min ton |
43 |
81,6 |
Metanol (metil spirti), min ton |
191,4 |
- |
Lak-boya məmulatları, ton |
8 218,3 |
113,2 |
Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton |
17 020,8 |
125,4 |
(Apa)