2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda ümumi sahəsi 1 milyon 397 min 930 kvadrat metr olan 11 946 ədəd yaşayış evi tikilib istifadəyə verilib.
Naxçıvanda evlər və obyektlər ikiqat bahalaşıb: «Hamı bura axışır» – YENİ QİYMƏTLƏR
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə evlərin sayı 23% artıb. Belə ki, 2022-ci ilin ilk 9 ayında ümumi sahəsi 1 milyon 337 min kvadrat metr olan 9717 ədəd yaşayış evi tikilib istifadəyə verilmişdi.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında tikilib istifadəyə verilmiş bina evlərinin sayı 3.3 dəfə artaraq 4633 ədəd təşkil edib.
Xatırladaq ki, ötən ilin müvafiq dövründə tikilib istifadəyə verilmiş fərdi yaşayış evlərinin birinin orta sahəsi 145 kvadrat metr, bina evlərinin sahəsi isə 93 kvadrat metr olub. Bu dövrdə isə tikilib istifadəyə verilmiş fərdi yaşayış evlərinin birinin orta sahəsi 138.8 kvadrat metr, bina evlərinin sahəsi isə 82.5 kvadrat metr təşkil edib.
Əlavə edək ki, bu mənzillərin 7 313 ədədi əhali tərəfindən, 2 469 ədədi qeyri-dövlət müəssələri tərəfindən, 2 164 ədədi isə dövlət müəssələri tərəfindən tikilib istifadəyə verilib. Hesabat dövründə 1536 şagirdlik 1 ümumi təhsil müəssisəsi, 19 çarpayılıq 1 xəstəxana və 240 yerlik 1 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. (Trend)