Azərbaycanda şirkətin ərazisini zəbt edib yaşayış və qeyri-yaşayış binaları inşa ediblər.
Bakı yenidən bölünəcək – Yeni Mərkəzi Bakı və regional mərkəzlər – PLAN AÇIQLANDI
FED.az xəbər verir ki, söhbət tovuz rayonunda yerləşən «Tovuz Məişət» ASC-dən gedir. 1997-ci ildə ASc-yə çevrilən müəssisənin səhmlərinin 70%-ni müxtəlif şəxslər və əmək kollektivi özəlləşdirib. Səhmlərin 30%-i isə dövlətdə qalıb və «Tovuz Məişət» ASC-nin özü həmin səhmləri yalnız 2019-cu ildə hərrac vasitəsilə özəlləşdirib.
O zaman məlum olub ki, müəssisənin ərazisinin bir hissəsi müxtəlif şəxslər tərəfindən zəbt edilib.
«Tovuz Məişət» ASC-nin rəhbəri Kazım Qasımov FED.az-a bildirib ki, haqqında danışılan ərazilər 30% həcmində əvvəllər dövlətin payı, yəni dövlətə məxsus ərazilər olub. 2019-cu ildə hərrac vasitəsilə «Tovuz Məişət» ASC həmin 30% payı alıb.
Bu ərazi və ona daxil olan obyektlər isə təxminən 6-7 fiziki şəxs tərəfindən zəbt edilib.
Ümumilikdə bu ərazilərdə Səhmdar cəmiyyətinə məxsus 20-yə yaxın obyekt var ki, onların 6-sı zəbt olunub. Onlardan birinin sahəsi 5 sot, digəri 6 sot, biri 1 sot, digər üçünün sahəsi daha kiçikdir.
ASC-nin rəhbəri bildirir ki, həmin vaxt müxtəlif dövlətin qurumlarının cavabdeh şəxsləri həmin ərazilərin zəbt olunmasına göz yumublar: «Onlardan biri İcra Hakimiyyətinin, digəri Dövlət Əmlak Komitəsinin məsul şəxsləri oluib, həmin məsul şəxslər indi həyatda deyillər».
Ərazini zəbt edən fiziki şəxslərin bəziləri burada ev tikiblər, bir qismi də müəyyən obyetlərin pul müqabilində onlara verildiyini deyirlər.
ASC-dən həmçinin bildirildi ki, ərazidəki qanunsuz tikili ilə bağlı Fövqəladə Hallar Nazirliyinə və Baş Prokurorluğa müraciət edilib.
Hazırda ASC rəhbərliyi bu problemi həll etmək üçün yollar axtarır. Bunlardan biri həmin şəxslərin zəbt edilən ərazilərdən çıxarılmasıdır. Digər variant isə həmin ərazidəki zəbt olunan ərazilərin və obyektlərin həmin şəxslərin özünə satılması və ya icarəyə verilməsi ola bilər.
ASC rəhbərliyi bu məsələni fevralın 13-də «Tovuz Məişət» ASC-nin səhmdarlarının illik ümumi yığıncağında müzakirə edəcək. Yığıncağa daxil edilən məsələlərdən biri də cəmiyyətə məxsus və müxtəlif fiziki şəxslər tərəfindən uzun illər əvvəl zəbt olunmuş obyektlərin icarəyə verilməsi və ya özəlləşdirilməsidir.
«Tovuz Məişət» ASC-nin rəhbəri Kazım Qasımov FED.az-a bildirib ki, həmin ərazilərin geri alınması ilə bağlı iş hazırda məhkəmədədir. Məhkəmə iddianı təmin etsə, yəni «Tovuz Məişət» ASC-nin xeyrinə qərar versə, ASC bu obyektləri həmin şəxslərdən geri almaq niyyətində deyil, sözügedən obyetlər həmin şəxslərə icarəyə veriləcək və ya hərrac vasitəsilə həmin şəxslərə təklif olunacaq.
Problemin tezliklə həll edilməsi üçün «Tovuz Məişət» ASC-nin rəhbərliyi bir qədər güzəştə getməyə də razıdır, belə ki hərrac qiymətinin 50% daha ucuz, yəni, 15-20 min manat, icarə haqqının isə isə aylıq 100 manat ola biləcəyi qeyd edilir.
Qeyd edək ki, «Tovuz Məişət» ATSC Azərbaycanda kütləvi ööəzləşdirmənin başladığı vaxt - 8 sentyabr 1997-ci ildə yaradılıb. Şirkət 110 442 manat nizamnamə kapitalına malikdir, hüquqi ünvanı Tovuz şəhəri, R.Məmmədov, ev 14-də yerləşir.