Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ötən ay ərzində 1302 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb.
Azərbaycanda fərdi evlər - NECƏ QİYMƏTLƏNDİRİLİR?
Xidmətdən FED.az-a bildirilib ki, 2021-ci ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 5,1 faiz artıb.
Analoji hal torpaq sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, keçən ilin eyni dövrü ilə müqayisədə torpaq sahələrinin ilkin qeydiyyatı 3,6 dəfə artıb. 2021-ci ilin fevralında 1281 torpaq sahəsi sənədləşdirilmişdisə, 2022-ci ilin fevralında bu rəqəm 4612 olub.