Azərbaycanda yaşayış binalarında otaqların və mətbəxin hündürlüyü 2,7 m-dən az olmamalıdır.
Eləcə də bax: Yaşayış binalarında yerləşən mağazalar saat 23:00-a qədər işləyəcək - YENİ TƏLƏBLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda əksini tapıb.
Bundan başqa, sənədə əsasən, mansarda mərtəbələrinin yüksək hissəsində hündürlüyü (döşəmədən tavanadək) 2,7 m-dən az olmamalıdır.
Mənzildaxili dəhlizlərin, holların, antresolların (və onların alt hissələrinin) hündürlükləri insanların hərəkətinin təhlükəsizliyini təmin etmək şərtilə 2,1 m-dən az olmamalıdır.
Həmçinin mənzillərdə yataq otaqları digər otağa keçid kimi layihələndirilməməlidir.