Azərbaycanda mənzillər bahalaşıb.
Azərbaycan əhalisinin gəlirləri 8 %-ə yaxın artıb
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Belə ki, 2025-ci ilin III rübündə mənzil bazarında qiymətlər əvvəlki rüblə müqayisədə 1,6 faiz bahalaşıb. İlkin mənzil bazarında artım 3,2 faiz, təkrar mənzil bazarında isə 1,6 faiz təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin eyni dövründə qiymət artımı daha yüksək idi, mənzil bazarında ümumi bahalaşma 3,8 faiz, ilkin bazarda 4,3 faiz, təkrar bazarda isə 3,7 faiz olmuşdu.
Beləliklə, 2025-ci ilin III rübündə mənzil qiymətlərinin artım tempi əvvəlki illə müqayisədə zəifləyib.