Əmlak Məsələləri Dövlət Xidməti 2022-ci ilin aprel ayı ərzində hüquqların qeydiyyatı ilə bağlı aparılmış bir sıra əməliyyatlara dair göstəriciləri açıqlayıb.
Eləcə də bax: Əmlak Məsələləri Dövlət Xidməti 4 ayda büdcəyə 24 milyon manat vəsait - KÖÇÜRÜB
FED.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, apreldə ipoteka qeydiyyatının sayı ötən ilin aprel ayı ilə müqayisədə 48.6% artaraq 7 054 olub.
Həmçinin icarə və istifadə hüquqlarının qeydiyyatında da artım olub. İllik 39.3%-lik artımla bu say 507 olub.
Hesabat dövründə texniki pasport qeydiyyatının sayı 27 049 olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 23.9% çoxdur.
Müxtəlif arayışların dövlət qeydiyyatında da kəskin – 70.2% artım olub. Belə ki, cari ilin aprelində 77 237 sayda müxtəlif arayış dövlət qeydiyyatına alınıb.