Fevralın 1-də saat 10:00-dan Azərbaycanda adi ipoteka kreditləri, fevralın 2-də, saat 10:00-dan isə güzəştli ipoteka kreditləri üzrə müraciətlərin yenidən qəbuluna başlanılacaq.
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi ötən il - 19% ARTIB
FED.az xəbər verir ki, bu barədə İpoteka, Kredit və Zəmanət Fondu məlumat yayıb.
Məlumata görə, “Elektron ipoteka və kredit zəmanət” sistemindən istifadənin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə əlavə tədbirlər görülüb. İpoteka kreditlərinin verilməsi şərtləri və güzəştli ipoteka kreditlərindən faydalana biləcək şəxslərin siyahısı barədə məlumatları Fondun internet səhifəsindən (www.mcgf.gov.az/menu/46) əldə etmək olar.
Xatırladaq ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 24 yanvar 2023-cü il tarixinə təyin edilmiş ipoteka kreditləri üzrə müraciətlərin qəbulu prosesi qısa müddətə təxirə salınmışdı. İpoteka kreditləri üzrə müraciətlərin qəbulunun başlama vaxtı ilə bağlı vətəndaşlara əlavə məlumat veriləcəyini bildirilmişdi.