2022-ci ildə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 422,7 milyon manat kredit verilib.
Azərbaycanda dövlət xətti ilə kirayəyə verilmiş mənzillərin sayı - 3 MİNİ KEÇDİ
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 18,6 % çoxdur.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 0,8 % azalaraq 406,8 milyon manata düşüb.
Ötən il İKZF istiqraz buraxmaqla 450 milyon manat vəsait cəlb edib ki, bu da əvvəlki ilə nisbətən 60,7 % çoxdur. İl ərzində Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 33,9 % artaraq 95,2 milyon manata çatıb. (Report)