Bu ilin yanvar-may aylarında Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 74,6 milyon manat ipoteka krediti verilib.
Eləcə də bax: Güzəştli mənzillərin satış qiyməti açıqlandı – YASAMALDAN XEYLİ UCUZDUR
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,5% azdır.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə illik müqayisədə təxminən 9,6 dəfə azalaraq 12,6 milyon manata, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb olunan vəsait 87,5% artaraq 75 mln manat olub.
Hesabat dövründə İKZF-yə dövlət büdcəsindən ayrılmış vəsait isə 89% artaraq 75,6 milyon manat olub. (Report)