Bu ilin yanvar-aprel aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 134,8 milyon manat ipoteka krediti verilib.
Eləcə də bax: “Fitch Ratings” İpoteka Fonduna - “BB+/stabil” REYTİNQİ VERDİ
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə təxminən 6,1 dəfə artaraq 85,3 milyon manat olub.
Son 1 ildə İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsait 10% artıraraq 55 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsait isə 2,1 dəfə azalaraq 35,6 milyon manat düşüb. (Report)