“Fitch Ratings” Agentliyi Azərbaycanın İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin növbəti qiymətləndirməsini həyata keçirib.
FED.az xəbər verir ki, agentliyin qiymətləndirməsinə əsasən, Fondun uzunmüddətli xarici və yerli valyutada reytinqi “BB+/stabil” səviyyəsində təsdiq edilib.
“Fitch” dövlətlə Fond arasında əlaqənin və dövlət dəstəyinin güclü olmasını yüksək qiymətləndirərək Fondun reytinqini ölkənin suveren reytinqinə bərabər olaraq müəyyənləşdirib.
“Fitch Ratings” Agentliyi İpoteka Fondunun fəaliyyətini 2009-cu ildən qiymətləndirir və onun müstəqil kredit reytinqini açıqlayır. Son 12 il ərzində aparılan qiymətləndirmələr Fondun reytinqinin ölkənin suveren reytinqinə bərabər olması ilə nəticələnib.