2023-cü ilin I rübündə Azərbaycanın mənzil bazarında qiymətlər 2022-ci ilin IV rübü ilə müqayisədə 3,1 faiz artıb.
Bakıda mənzil və evlərin qiymət artımları - AÇIQLANDI
Dövlət Statistika Komitəsinin məlumatına görə, son 3 ayda yeni tikilən mənzillərin qiyməti 2,6 faiz, təkrar mənzillərin qiyməti isə 3,1 faiz artıb.
Son bir ildə (2022-nin 1-ci rübündən 2023-ün 1-ci rübü) isə ölkədə mənzillər 9,9% bahalaşıb.
Yeni tikililərdəki mənzillər 8%, köhnə mənzillər isə 9,9% bahalaşıb.