Bakıda mənzil bazarında qiymətlərin əvvəlki dövrlərə nisbətən müqayisəli stabilləşməsi müşahidə olunub.
Bakıda evlər - BAHALAŞDI - QİYMƏTLƏR
FED.az xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.
Mərkəz tərəfindən aparılan monitorinqə əsasən, fevral ayında fərdi həyət evlərinə tələbin artması müşahidə olunub. Fərdi evlərdə və torpaq sahələrində 2.1 faiz qiymət artımı qeydə alınıb. Yaşayış binalarında olan mənzillərə və qeyri-yaşayış sahələrinə tələb dəyişməyib.
Yaşayış binalarında olan mənzillərdə cəmi 0.3 faiz qiymət artımları müşahidə olunub. Qeyri-yaşayış sahələrində qiymət dəyişikliyi qeydə alınmayıb. (Trend)