Azərbaycanda bu il istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsində kəskin azalma qeydə alınıb.
Eləcə də bax: Azərbaycanlıların Türkiyədə mənzil alışı - 4 DƏFƏ ARTIB
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə ölkədə ümumi sahəsi 620,1 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu, illik ifadədə 73,1% azdır.
Təkcə aprel ayında ölkədə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi aylıq ifadədə 33,4% azalaraq 138,3 min kvadrat metr təşkil edib.
Xatırladaq ki, cari ilin yanvar-aprel aylarında yaşayış evlərinin tikintisinə 304 mln. manat vəsait yönəldilib, bu da illik ifadədə 26,3% azdır.
Qeyd edək ki, 2020-ci ildə ölkədə ümumi sahəsi 4 957,2 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu da, əvvəlki illə müqayisədə 47,6% azdır. (Apa)