Bu ilin aprel ayında Azərbaycan vətəndaşları Türkiyədə 131 mənzil alıb.
FED.az Türkiyə Statistika Qurumuna (TÜİK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 96 mənzil və ya 3,7 dəfə çoxdur.
Ümumilikdə isə yanvar-aprel aylarında 382 Azərbaycan vətəndaşı Türkiyədə mənzil alıb ki, bu da 2020-ci ilin 4 ayı ilə müqayisədə 63 mənzil və ya 19,7 % çoxdur.
Bu ilin aprelində Türkiyədə 4 077 ədəd əmlak xarici vətəndaşlara satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 281 ədəd və ya 5,1 dəfə çoxdur.
Yanvar-aprel aylarında əcnəbilərin Türkiyədən aldıqları evlərin sayı isə illik müqayisədə 479 ədəd və ya 3,5 % artaraq 13 964-ə yüksəlib.
Bu ilin aprel ayında Türkiyədən 557 ədədlə ən çox evi İran vətəndaşları (illik müqayisədə 3,5 dəfə çox) alıb. Sıralamada İranı 546 mənhzillə İraq (5,3 dəfə çox) və 402 mənzillə Rusiya (6,6 dəfə çox) izləyib.
Yanvar-aprel aylarında Türkiyədən ev alan əcnəbilərin sıralamasında isə ilk 3-lükdə İran (2 156), İraq (2 007) və Rusiya (1 340) vətəndaşları yer alıb.
Qeyd edək ki, Azərbaycan aylıq statistikada 13-cü, 4 aylıq statistikada isə 8-ci yerdə qərarlaşıb.
Bu ilin ilk 4 ayında əcnəbilər ən çox Türkiyənin İstanbul şəhərində (7 033) ev alıb. Siyahıda İstanbulu Antalya, Ankara və Mersin izləyib. Xarici vətəndaşlar adı çəkilən yerlərdən müvafiq olaraq 2 743, 870 və 650 ev alıb.(report)