Bu ilin yanvar-aprel aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 164,9 milyon manat kredit verilib.
İpoteka Fondunun maliyyə vəziyyəti - AÇIQLANDI
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən illin eyni dövrü ilə müqayisədə 5 % çoxdur.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 8 % artaraq 108,3 milyon manat olub.
İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 11,1 % artaraq 100 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 8 % azalaraq 43,8 milyon manata düşüb. (Report)