2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 625,4 milyon manat məbləğində tikinti materialları istehsal edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 72,2% çoxdur.
Eləcə də bax: Azərbaycanda tikinti materialları - BAHALAŞIR
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfax-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada 2 milyon 544,7 min ton sement istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,7% çoxdur.
Yanvar-sentyabr aylarında 21 min ton (artım 46,9%) tikinti gipsi, 57,7 min ton (artım 98,3%) sementdən kərpic və tikinti blokları, 1 milyon 971,2 min ton (artım 36,4%) hazır beton qarışığı, 26,5 min ton (artım 9,1%) tikinti əhəngi, 476,8 min kubmetr (artım 22,8%) tikinti kərpici, 30,854 min ton (artım 58,1%) işlənmiş mərmər, əhəng daşı, alebastr və onlardan hazırlanmış məmulatlar, 52,8 min kubmetr (artım 2,1 dəfə) yığma beton konstruksiya istehsal edilib.
Hesabat dövründə asfalt istehsalında 15,6% azalma (108,4 min ton) qeydə alınıb.
Hazırda Azərbaycan hökuməti Qarabağda və Şərqi Zəngəzurda irimiqyaslı bərpa layihələri həyata keçirir. Bu işlər tikinti materiallarının istehsal həcminin artmasına təkan verir