"Azəraqrartikinti" ASC 2020-ci ili 94,431 milyon manat xalis mənfəətlə başa vurub.
Eləcə də bax: “Bakı Polad Burazlar” zərərə keçib
FED.az səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 9 dəfə çoxdur.
Ötən il "Azəraqrartikinti"nin vergiyəqədərki mənfəəti 118,038 milyon manat (əvvəlki ilə nisbətən 10,2% az), mənfəət vergisi ödəmələri isə 23,607 milyon manat (10,2% az) təşkil edib.
Bu il yanvarın 1-nə "Azəraqrartikinti"nin aktivləri 42,934 milyon manat olub ki, bu da illik müqayisədə 14,6 dəfə çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 1,1% artaraq 17,488 milyon manata, balans kapitalı isə 2,1 dəfə 25,445 milyon manata çatıb.
Xatırladaq ki, "Azəraqrartikinti" 1961-ci ildən fəaliyyət göstərən “Başkolxozlararasıtikinti” İdarəsinin bazasında 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,218 milyon manatdır. Səhmdar cəmiyyəti bir sıra dövlət sifarişlərində icraçı olub. (report)