Burazların (tros) istehsalı ilə məşğul olan “Bakı Polad Burazlar” ASC 2020-ci ili 123 min 318 manat xalis zərər ilə başa vurub. Halbuki, şirkət 2019-cu ili 70 min 890 manat xalis mənfəət ilə bağlamışdı.
FED.az xəbər verir ki, 2019-cu illə müqayisədə 2020-ci ildə “Bakı Polad Burazlar”ın əsas əməliyyat gəlirləri 2 dəfəyə yaxın azalaraq 442 min 305 manata düşüb. ASC 2019-cu ildə 858 min 776 manat əsas əməliyyat gəlirləri əldə etmişdi.
“Bakı Polad Burazlar”ın inzibati və digər xərcləri gəlirlərini üstələyib və bu səbəbdən zərər yaranıb.(marja)